Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda nikahların sayı artıb.
Trend-in məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 46 100 nikaha daxilolma və 14 316 boşanma halı qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.