Bakı. Elçin Mehdiyev – Trend:
Ötən ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyata alınan nikahların və boşanmaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50890 nikaha daxilolma və 15659 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.