...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2022 18:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 434 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 330 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 766 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 512 937 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti