...

Ötən il narkotik alveri edən 133 qadın saxlanılıb

Cəmiyyət Materials 25 Fevral 2022 10:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ötən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 133 qadın saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, ötən il daxili işlər orqanları tərəfindən narkotiklə əlaqəli 6391 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 133 nəfəri qadın olub.

2021-ci ildə keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 ton 45 kiloqram narkotik vasitə, 318 kiloqram isə güclü təsiredici maddə aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti