...

Məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, tədbirləri əldən buraxmalıyıq - Asiman Həsənov

Cəmiyyət Materials 9 Mart 2022 18:00 (UTC +04:00)
Məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, tədbirləri əldən buraxmalıyıq - Asiman Həsənov

Bakı. Humay Ağacanova - Trend:

Vaksinasiya prosesində ilkin dövrlərdə, yay-payız aylarında ilk müaricətlər xaricdə təhsil almağa gedən 16-18 yaş arası yeniyətmələr üçün düşünülürdü. Daha sonra isə sırf xəstəlikdən qorunmaq üçün yüzlərlə gənc və yeniyetmə vaksinasiya üçün müraciət etdi.

Bu barədə Trend-ə müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

Onun sözlərinə görə, pandemiya bir anda bitmir. Sadəcə, bu virusun ştamlarının və yoluxma sayının azalması haqqında danışıla bilər.

"Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət qənaətbəxşdir. Son dövrlərdə yoluxmada ciddi şəkildə azalma var. Xəstəliyin gedişatında klinik simptomların yüngül keçməsi, həmçinin yoluxma sayının az olması artıq pandemiyanın yavaş-yavaş bizdən uzaqlaşdığını deməyə imkan verir. Ancaq pandemiyaya yalnız bizim cəmiyyətin yox, ətraf ölklərdə olan vəziyyətin də təsiri var.

Bu gün üçün hər kəs istəyir ki, məhdudiyyətlər aradan qaldırılsın, lakin məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, tədbirləri əldən buraxmalıyıq" - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti