...

Bakıda keçirilən dünya çempionatında qarışıq cütlüklər, qadın və kişi qrupları arasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2022 20:24 (UTC +04:00)
Bakıda keçirilən dünya çempionatında qarışıq cütlüklər, qadın və kişi qrupları arasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babaeva - Trend:

Martın 12-də Bakıda Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı çərçivəsində Tarazlıq hərəkətləri proqramında qadın və kişi qrupları arasında, eləcə də templi hərəkətlər proqramında qarışıq cütlüklər arasında qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, qadın qrupları arasında balans hərəkətləri proqramında fəxri kürsünün birinci pilləsini ABŞ təmsilçiləri, ikinci yeri Belçikadan olan qadınlar, üçüncü yeri Avstriyanı təmsil edən qrup tutublar.

Templi hərəkətlər proqramında qarışıq cütlüklər arasında qızıl medalı Belçikadan olan Bram Roettger və Helena Heyens dueti, "gümüşü" - Azərbaycan təmsilçiləri Ağasif Rəhimov və Raziyə Seyidli, bürünc medalları isə Böyük Britaniyanı təmsil edən Nataşa Hatçinson və Dilan Hauells qazanıblar.

Tarazlıq hərəkətləri proqramında kişi qrupları arasında birinci yeri Belçikanı təmsil edən qrup, ikinci yeri Böyük Britaniya idmançıları, üçüncü yeri isə İsraildən olan kişilər qrupu tutub

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti