...

Bayram günlərinin hava proqnozu açıqlandı

Cəmiyyət Materials 18 Mart 2022 16:02 (UTC +04:00)
Bayram günlərinin hava proqnozu açıqlandı

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Azərbaycanın rayonlarında martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti