...

Yanvar-fevral aylarında nikahların sayı artıb

Cəmiyyət Materials 15 Aprel 2022 15:24 (UTC +04:00)
Yanvar-fevral aylarında nikahların sayı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti