Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi Əhməd Cavadın heykəlinin açılışı olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi rəsmi "Twitter" səhifəsində paylaşım edib.
"Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub”, - deyə məlumatda bildirilib.