...

Nadir balıq növlərinin populyasiyasının artırılması üzrə tədbirlər görülür - Nazirlik

Cəmiyyət Materials 29 İyun 2022 12:50 (UTC +04:00)
Nadir balıq növlərinin populyasiyasının artırılması üzrə tədbirlər görülür - Nazirlik
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Zəngilan. Trend:

Azərbaycanda nadir balıq növlərinin populyasiyasının artırılması üzrə tədbirlər görülür.

Trend-in müxbiri bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin Zəngilana səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu gün üç min qızılxallı forel körpəsi Həkəri çayına buraxılıb.

O əlavə edib ki, qızılxallı forel Qırmızı kitaba daxil edilib və onun populyasiyasının artırılması çox vacibdir.

F.Əliyev vurğulayıb ki, qızılxallı forel körpələri yerli suya çox yaxşı uyğunlaşır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti