Bakı. Trend:
Rusiyanın Kamçatka yarımadasının Ust-Kamçatsk qəsəbəsində vulkanın püskürməsi nəticəsində külün qalxması qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Klyuçi qəsəbəsindəki Kamçatka vulkan stansiyasının rəhbəri Yuri Demyançuk deyib.
Turistlərdən Şiveluç vulkanının ətəyinə yaxınlaşmamaq tövsiyə olunub. Ötən həftə onun üzərindən bir neçə dəfə külün qalxması qeydə alınıb.