Şuşa. Trend:
Azərbaycanda data jurnalistikasının inkişaf etdirilməsi planlaşdırılır.
Trend -in məlumatına görə, bunu Şuşada jurnalistlər üçün keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, artıq media nümayəndələrinin biliklərinin daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyən edilib və bu məqsədlə beynəlxalq ekspertlərin Azərbaycana cəlb edilməsi nəzərdə tutulub.
"Hesab edirik ki, informasiya axınının çox böyük olduğu indiki şəraitdə jurnalist kimi işləmək kifayət qədər çətindir. Jurnalistlərin bacarıqlarını inkişaf etdirmək üçün əsas məqsəd data jurnalistikasını təbliğ etməkdir”, - Ə.İsmayılov bildirib.