...

Media nümayəndələri təltif edilib

Cəmiyyət Materials 19 İyul 2022 19:20 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Avropada fəaliyyət göstərən “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və “İydə Parfumery” – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibətilə “Media Nümayəndələrinin Təltifetmə mərasimi” həyata keçirilib.

Mərasimdə rəsmilər, millət vəkilləri, diaspora və media nümayəndələri, QHT təmsilçiləri iştirak edərək çıxış ediblər.

Təltifetmə mərasimində çıxış edənlər Jutnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, müasir dövrümüzdə Peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən on-line medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir.

Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspora fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd etdi ki, Mətbuat cəmiyyətin güzgüsüdür,mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət Başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirdi ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həsaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır.

Jurnalistlərin mükafatlandırılması ilə bağlı "Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov mətbuata açıqlamasında bildirdi ki, Milli Mətbuat günü münasibətilə "Dayaq" Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd Jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğuladı ki, dövlət Başçısı cənab İlham Əliyev tərəfindən Jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək nümayiş etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti