...

Doğulduğun torpaqlara qayıtmaq, qalan ömrünü orada keçirməkdən gözəl heç nə ola bilməz - Zabux sakini

Cəmiyyət Materials 27 Avqust 2022 11:17 (UTC +04:00)
Doğulduğun torpaqlara qayıtmaq, qalan ömrünü orada keçirməkdən gözəl heç nə ola bilməz - Zabux sakini

Bakı. Trend:

Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı ilə artıq torpaqlarımız işğaldan azad olunub və azərbaycanlılar öz əzəli yurdlarına qayıdır.

Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kəndindən olan keçmiş məcburi köçkün Allahverdi Əliyev deyib.

Onun sözlərinə görə, televiziyada Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı qayıdış xəbərini böyük həyəcan və göz yaşları ilə dinləyib.

"Bizə belə sevinci yaşatdıqlarına görə, ilk növbədə Cənab Prezident İlham Əliyevə və Şanlı Ordumuza minnətdaram. Torpaqlarımız işğaldan azad olunanda sevincimin həddi-hüdudu olmasa da, öz doğma kəndimin, Zabuxun hələ də mənfur ermənilərin tapdağı altında qalmasına çox pis olurdum. Mən də öz doğma yurduma, kəndimə, evimə qayıtmaq istəyirdim. Bu gün bizim üçün əsl bayramdır. Bizim 30 illik torpaq, vətən, yurd həsrətimizə son qoyulub.Yenidən doğulduğun torpaqlara qayıtmaq, qalan ömrünü orada keçirmək, vətəndə ölməkdən gözəl heç nə ola bilməz", -deyə Allahverdi Əliyev bildirib.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Hazırda qeyd olunan ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti