...

Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil - Rəsmi

Cəmiyyət Materials 29 Avqust 2022 11:41 (UTC +04:00)
Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil - Rəsmi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb.

"Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur", - deyə Xidmət rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti