...

Müəllimlərin sertifikatlaşdırma imtahanında testlərdən birinin düzgün cavab variantı göstərilməyib - Mərkəz

Cəmiyyət Materials 31 Avqust 2022 14:18 (UTC +04:00)
Müəllimlərin sertifikatlaşdırma imtahanında testlərdən birinin düzgün cavab variantı göstərilməyib - Mərkəz

Bakı. Trend:

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə verilən məlumata görə, avqustun 31-də ibtidai sinif müəllimləri üçün keçirilmiş sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının şərti doğru olsa da, düz cavab variantının yazılışında texniki xəta olduğundan iştirakçılar arasında çaşqınlığın yarana biləcəyi müəyyən edilib. Bu səbəbdən 30-cu sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə həmin sual üzrə 1 bal olunmaqla hesablanır.

Bütün test imtahanları tamamlandıqdan sonra iştirakçılar şəxsi səhifələrində yekun nəticələrlə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti