...

Sertifikasiya imtahanının müsahibə mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq - Nazir

Cəmiyyət Materials 7 Sentyabr 2022 13:41 (UTC +04:00)
Sertifikasiya imtahanının müsahibə mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müəllim sertifikasiyanın ikinci mərhələsində uğur qazanmasa və ya üzrsüz səbəbdən iştirak etməzsə, əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır, artıq müsahibə komissiyaları yaradılıb.

“Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formatda olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin” - deyə o əlavə edib.

Nazir imtahanda bəzi müəllimlərin sözləri səhf yazmaları məsələsinə aydınlıq gətirib:

"Bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub.

Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminə ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlərin üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyacanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir",- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti