...

Bakı metropoliteni qatarlar arasında intervalın çox olmasına aydınlıq gətirdi

Cəmiyyət Materials 27 Oktyabr 2022 11:52 (UTC +04:00)
Bakı metropoliteni qatarlar arasında intervalın çox olmasına aydınlıq gətirdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metrosunda pik saatlarda qatarlar arasında interval iki dəqiqə ilə davam etdirilir.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, intervalı 2 dəqiqədən az eləmək mümkün deyil.

H.Məmmədov bəzi stansiyalarda qatarlar arasında intervalın daha çox olması məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, bu proses "28 may stansiyasından sonra yaranır: "Metronun "Həzi Aslanov"-"28 May" stansiyaları arasında pik saatlarda interval 2 dəqiqə müəyyənləşdirilib. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına da qatarlar 2 dəqiqə intervallarla hərəkət edir. "Həzi Aslanov" stansiyasında gələn qatar 2 dəqiqə intervalla "İçərişəhər" stansiyasına, digər qatar isə "Dərnəgül" stansiyasına eyni intervalla gedəndə qatarlar arasındakı interval 4 dəqiqəyə qədər uzanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti