Bakı. Trend:
Görmə imkanları məhdud vətəndaşlarımızın rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə bildirilib.
"Səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin, müvafiq texniki imkanları olan avtobuslarda mərhələ ilə mümkün olacaq", - məlumatda deyilir.