...

MDU-da karyera təlimi: İş axtarışı və rezüme (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2022 22:14 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “İş axtarışı və rezüme” mövzusunda təlim keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov təqdimatla çıxış edərək iş axtarma prosesi və mərhələləri barədə danışıb, düzgün CV və rezüme tərtib etməyin qaydalarından bəhs edib, tələbələrə praktiki tapşırıqlar verib və onların suallarını cavablandırıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti