...

Metroda qatarların intervalı niyə azaldılmır?

Cəmiyyət Materials 30 Dekabr 2022 12:52 (UTC +04:00)
Metroda qatarların intervalı niyə azaldılmır?
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Metroda qatarların hərəkət intervalının azadılması birbaşa tikinti işləri ilə bağlı məsələlərə söykənir.

Trend-in məlumatına görə, bunu bu gün "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yeni qatarların təqdimatı mərasimində deyib.

"Dünya metropoliten sistemində əvvəldən qəbul olunmuş bir qayda var ki, hər bir xətt müstəqil işləməlidir. Lakin Bakı metropoliteninin ən böyük problemi odur ki, ən çox yüklənən Yaşıl və Qırmızı xətt "28 May" stansiyasında birləşir.

"Xətlərin ayrılması layihəsi tam həllini tapmayınca intervalın aşağı salınması qeyri-mümkün olacaq. Bu vaxta qədər Nizami-Dərnəgül və Sahil-İçərişəhər istiqamətində 4 dəqiqədən az interval olmayıb. Bizim yetərli sayda qatarımız var. Lakin intervalın azaldılması sırf texniki məsələlərlə əlaqədar hələlik mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti