Bakı. Trend:
Şuşa, Kəlbəcər və Laçında rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.
Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.