Bakı. Trend:
Hatay hava limanı bütün uçuşlara bağlıdır.
Trend-in məlumatına görə, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.
O, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edilə biləcəyini bildirib.
“Zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün THY-nin Adana, Elazığ və Diyarbəkir səfərləri fasiləsiz davam edir”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.