...

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası olacaq

Cəmiyyət Materials 21 Fevral 2023 12:22 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti