...

Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 18 Mart 2023 00:02 (UTC +04:00)
Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 39 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 43 nəfər isə sağalıb. Xəstəlikdən 4 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 829 115 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, hazırda 249 aktiv xəstə var. Bu günə qədər 10 151 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 820, bu günə qədər isə ümumilikdə 7 545 906 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti