...

"Qardaş Köməyi" platforması çərçivəsində Türkiyəyə Ramazan sovqatı göndərilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 17:42 (UTC +04:00)
"Qardaş Köməyi" platforması çərçivəsində Türkiyəyə Ramazan sovqatı göndərilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərməyə davam edir.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, "Qardaş Köməyi" platformasının start verdiyi "Bu Ramazan qardaş süfrəsində sənin də payın olsun!" kompaniyasına çərçivəsində aprel ayının 20-də MÜSİAD Azərbaycan üzvlərimiz və Gəncliyə Yardım Fondu tərəfindən təmin edilən iki TIR Ramazan sovqatı Türkiyəyə göndərilib.

2 min ailə üçün nəzərdə tutulan yardım Türkiyənin Kahramanmaraş Türkoğlu bölgəsindəki Qardaş Köməyi Məhəlləsində və Elbistan bölgəsindəki yenicə istifadəyə verilən MÜSİAD konteyner kənddə zəlzələdən əziyyət çəkən qardaşlarımıza çatdırılacaqdır.

"Platforma çərçivəsində zəlzələdən zərər çəkmiş vətəndaşlar öz isti yuvalarına dönənə qədər göstərilən ərzaq dəstəkləri davam etdirəciyik. "Qardaş Köməyi" platforması Türkiyəni bu zor zamanlarda dəstəkləməyə davam edəcək." - deyə "Qardaş Köməyi" platformasının sədri Rəşad Cabirli bildirib.

Qeyd edək ki, "Qardaş Köməyi" platforması bu il fevral ayının 6-da təsis edilib.

“Qardaş Köməyi” Platforması (sədr Rəşad Cabirli) zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti