...

Zaqatalada 4 bala yaxın zəlzələ olub

Cəmiyyət Materials 24 Aprel 2023 15:44 (UTC +04:00)

Bakı. Trend:

Zaqatalada 4 bala yaxın zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,8, dərinliyi 7 km olub.

Zəlzələ epsentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti