...

Füzulidə meteoroloji stansiya quraşdırılır

Cəmiyyət Materials 26 Aprel 2023 12:34 (UTC +04:00)
Füzulidə meteoroloji stansiya quraşdırılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib.

Trend-in məlumatına görə, bu barədə Füzulidə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 ha torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşmış və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur.

İşğal dövründə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi, məqsədilə beynəlxalq ekspert qrupunun Azərbaycana səfəri çərçivəsində ekspertlər Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Füzulidə məhv edilmiş təbiət obyektləri və dağıdılmış infrastruktura yerində baxış keçirilib", - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti