...

Azərbaycanda sərnişindaşıma üçün yeni buraxılış kartları veriləcək

Cəmiyyət Materials 16 İyun 2023 13:05 (UTC +04:00)
Azərbaycanda sərnişindaşıma üçün yeni buraxılış kartları veriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sərnişindaşımalara görə buraxılış kartları veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bügünkü iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişkiliyə əsasən, qanuna yeni aşağıdakı anlayışlar daxil edilir:

- analoq taxoqraf - bu Qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsınin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasıtəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;".

Həmçinin dəyişikliyə əsasən, aşağıdakı məzmunda 1.0.25 -1.0.36-ci maddələr əlavə edilir:

"1.0.25. rəqəmsal taxoqraf - bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasıtəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasıləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;
1.0.26. rəqəmsal taxoqraf kartı - sürücünün ış və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;
1.0.27. sürücünün taxoqraf kartı - avtonəqlıyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edılən rəqəmsal kart;
1.0.28. daşıyıcının taxoqraf kartı - sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən daşıyıcıya məxsus rəqəmsal kart;
1.0.29. emalatxana taxoqraf kartı - rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xıdmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;
1.0.30. nəzarətçi taxoqraf kartı - sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;
1.0.31. formulyar- qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;
1.0.32. bilet-uçot vərəqi - şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyətı" orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron formada doldurulan sənəd;
1.0.33. taksi sifarişi xidməti - telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmət;
1.0.34. taksi sifarişi operatoru - taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
1.0.35. buraxılış vəsiqəsi - bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;
1.0.36. buraxılış kartı - buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart;".

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti