...

Bayram günlərinin hava proqnozu açıqlandı: külək güclənəcək

Cəmiyyət Materials 25 İyun 2023 16:03 (UTC +04:00)
Bayram günlərinin hava proqnozu açıqlandı: külək güclənəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 26-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti