...

Naxçıvanda İctimai Səhiyyə Xidməti yaradıldı

Cəmiyyət Materials 25 İyul 2023 16:11 (UTC +04:00)
Naxçıvanda İctimai Səhiyyə Xidməti yaradıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılıb.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən profilaktik tədbirlərin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin fiziki sağlamlığının təşviq edilməsi, ətraf mühitin risklərindən qorunmasının artırılmasına diqqət göstərilib, səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım kimi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılıb.

İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti