...

Xırdalan və Abşeron dəmiryolu stansiyalarından oğurluq edildi

Cəmiyyət Materials 10 Avqust 2023 12:00 (UTC +04:00)
Xırdalan və Abşeron dəmiryolu stansiyalarından oğurluq edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalan və Abşeron dəmiryolu stansiyalarından oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti