...

Azərbaycan XİN İranda törədilən terror aktını pisləyib

Cəmiyyət Materials 14 Avqust 2023 13:54 (UTC +04:00)
Azərbaycan XİN İranda törədilən terror aktını pisləyib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətlə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, - deyə nazirliyin paylaşımında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti