Bakı. Trend:
Xocavənddə 2 ton çətənə məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şexer kəndi ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 128 kiloqram olan 3272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.