Bakı. Trend:
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində:
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.