...

Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq - İdarə müdiri

Cəmiyyət Materials 11 Sentyabr 2023 10:40 (UTC +04:00)
Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq - İdarə müdiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il 1 milyon 850 mindən çox dərslik yerlərə çatdırılıb.

“Yeni dərs ilində ilk dərs ulu öndər Heydər Əliyevə həsr olunacaq. Əsas məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi və geniş mənada müasir Azərbaycançılıq ideologiyasının genişləndirilməsidir.

Eyni zamanda, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı yoxlanılıb. Bu il istiliklə bağlı problemimiz olmayacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti