...

Bakıda qəbiristanlıqda tapança və qumbara tapıldı (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Sentyabr 2023 17:29 (UTC +04:00)
Bakıda qəbiristanlıqda tapança və qumbara tapıldı (FOTO/VİDEO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

11.09.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən gizlətdiyi bir ədəd RQN markalı əl qumbarası, bir ədəd UDZ partladıcısı və bir ədəd tapança Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki qəbiristanlıq ərazisində aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.

xxx

10:39

Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursat aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı basdırılmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti