...

Xaçmazlılar şəhidlərimizi qürurla anıb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2023 13:49 (UTC +04:00)
Xaçmazlılar şəhidlərimizi qürurla anıb (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

27 Sentyabr - Anım Günü Xaçmaz rayonunun Şəhidlər Xiyabanında izdiham yaşanıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə güllər düzüb.

Anım mərasimində hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmazlılar Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini qürurla yad edib.

Şəhid ailələri ilə səmimi söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti