...

Arvadını öldürüb intihara cəhd etdi

Cəmiyyət Materials 28 Sentyabr 2023 10:13 (UTC +04:00)
Arvadını öldürüb intihara cəhd etdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda kişi arvadını qətlə yetirib.

Trend xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti