Bakı. Trend:
Azərbaycana yönələn təhdidlər bir an belə səngimir, amma Azərbaycanda olan birlik, həmrəylik onların qarşısında bir sipərdir.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda deyib.
O qeyd edib ki, dünyada din azadlığı bir alətə çevrilib.
“Azərbaycanda olan birlik, birgəyaşayış bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük diqqət göstərilir. Ölkəmizdə olan birlik, birgəyaşayış bütün dünyaya bir nümunədir. Biz Vətən müharibəsi zamanı da bu birliyin möhkəmliyini gördük. Biz bu birgəyaşayış dəyərlərimizi qoruyub saxlamalı və bunu bütün dünyaya yaymalıyıq” , - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən sentyabrın 29-da “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.