...

İsmayıllıda qanunsuz kömür quyuları ləğv olunub (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2023 15:15 (UTC +04:00)
İsmayıllıda qanunsuz kömür quyuları ləğv olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İsmayıllı rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Trend xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayonu Qaraqaya kənd sakinləri Qürbət Hacıyev, Ramil Rüstəmov və Elçin Əzizov olduğu müəyyən edilib.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti