Bakı. Trend:
Sabah Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin üçüncü ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda son hazırlıq işləri yekunlaşıb.
Trend xəbər verir ki, Zəfər Günü münasibəti paytaxtın əsas küçə və prospektlərində, binaların eyvanında bayraqlar asılıb.
Trend-in əməkdaşı paytaxtımızdakı bayram əhval-ruhiyyəsini fotoya köçürüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bakının bayram öncəsi görüntüsünü təqdim edirik:
FOTO: Zaur Mustafayev