Bakı. Trend:
Doğma yurdun, Füzuli torpağının bir qarışında belə yaşamaq mənə əzizdir.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Hacıyev Akif deyib.
Onun sözlərinə görə, özü 1-ci Qarabağ mühairbəsində torpaqlarımızın müdafiəsində iştirak edib. O vaxt silah-sursat çatışmazlığı çox idi və çox çətin günlər idi.
"Bu gün isə doğma yurda qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Dövlətimiz bizim üçün Füzulidə şərait yaradıb. Buna görə öz təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.