...

Nizami rayonunda 45 yaşlı kişi qətlə yetirilib

Cəmiyyət Materials 3 Dekabr 2023 01:14 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti