...

Hərbi qulluqçu 25 ildən çox xidmət edəcəksə, 75 faizin üzərində hesablanacaq - Ziyafət Əsgərov

Cəmiyyət Materials 5 Dekabr 2023 16:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətimiz nə qədər resurslar, maliyyə vəsaiti sərf edir. Belə deyək, 25 ilə qədər artıq onlar kifayət qədər özlərindən sonra gələn nəsilə öz təcrübələrini ötürmək imkanına malik olacaq.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Əgər onların hərbi qulluqçu kimi beş il müddəti artırılırsa, onların pensiya təminatı 50 faizdən 65 faizə çatır. Eyni zamanda qeyd etmək istəyirəm ki, qoşun növlərindən asılı olaraq, hər il iki və ya üç faiz artacaq. 25 ildən çox xidmət edəcəksə, 75 faizin üzərində hesablanacaq. Ali Baş Komandanımız hərbçilərin qayğısına qalan insandır. Qanun layihəsi də möhtərəm Cənab Prezidentdən gəlib və bu, yüz ölçülüb, bir biçilmiş bir qanun layihəsidir. Ona görə də dövlətimiz, xalqımız hərbi qulluqçularımız uğurlu olacaq”,- deyə komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti