...

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2023 17:31 (UTC +04:00)
ADNSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Neft-Qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Neft və Qaz İnstitutu, Gənc alim və mütəxəssislərin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Ulu Öndər Heydər Əliyeva həsr olunmuş video çarx nümayiş olunub.

Konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, neft sənayesinin gələcək inkişafı naminə göstərdiyi müstəsna xidmətlərindən və atdığı həlledici addımlardan söz açıb. Ulu öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş belə bir konfransın keçirilməsinin həm universitet, həm də gənc tədqiqatçılar üçün mühüm əhəmiyyətindən danışan dosent Vazeh Əskərov konfransın yeni neft-qaz yataqlarının axtarışı və istismarı üzrə tədqiqat aparan gənc alim və mütəxəssislərin elmi və nəzəri təcrübələrinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyasından danışan (ARETN) Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov konfransın ADNSU-da keçirilməsində və təşkilində göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib, konfransın neft – qaz yataqlarının axtarış problemləri və perspektivləri üzrə məşğul olan gənc təqdiqatçılar üçün əhəmiyyətini qeyd edib.

Sonra ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Neft və Qaz İnstitutunun direktor müavini, professor Vaqif Qurbanov və Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev konfransın neft – qaz yataqlarının geologiyasının müasir problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər, məruzələrin elmi aktuallığından danışıblar.

Konfrans plenar sessiyalarla davam edir. Qeyd edək ki, konfrans 2 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti