Bakı. Trend:
Sevinə-sevinə öz yurduma, doğma torpağıma qayıdıram.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Xatın Şirinova deyib.
Onun sözlərinə görə, 1992-ci ildən qaçqın və məcburi köçkün həyatı yaşayır.
"Artıq övladlarım - 2 oğlum ailəsi ilə birlikdə Füzulidə yaşayır. Mən də çox sevincliyəm. Allah Prezidentimizə can-sağlığı versin ki, onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və bizim üçün Füzulidə şərait qurulub. Allah şəhidlərimizə can-sağlığı versin, qazilərimizə rəhmət eləsin", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.