...

Azərbaycanda informasiya prosesləri media savadlılığının artmasına imkan yaradıb - Əhməd İsmayılov

Cəmiyyət Materials 20 Dekabr 2023 11:57 (UTC +04:00)
Azərbaycanda informasiya prosesləri media savadlılığının artmasına imkan yaradıb - Əhməd İsmayılov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda informasiya və informasiya-kommunikasiya prosesləri Azərbaycanda həmçinin, media savadlılığının artmasına imkan yaradıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

"Tədbirimiz həmçinin, media savadlılığı ilə əlaqəli ən yaxşı elmi tədbirlərdən biridir və bu tədbir çərçivəsində ilk dəfə media savadlılığı üzrə regional platformanın təqdimatı keçirilib. Fikrimizcə, gənclərimiz və cəmiyyət informasiya mənbələrinin və obyektiv informasiyanın axtarışı, öyrənilməsi və informasiyanın istifadəsinin lazımi metodlarını mənimsəməlidir.

Onlar bütün bunları platforma vasitəsilə asanlıqla əldə edə bilərlər. Gələcəkdə məhz dezinformasiya, saxta xəbərlərlər mübarizə metodu olaraq bu platformanın imkanları genişləndiriləcək və bununla əlaqədar olaraq ətraflı açıqlamalar veriləcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti