...

Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanıldı

Cəmiyyət Materials 18 Yanvar 2024 09:00 (UTC +04:00)
Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərindəki 6 təsərrüfatdan ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.

Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və bir nəfər yeniyetmə olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə,Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə dövlət qurumlarından birinin balansında olan ümumi dəyəri 1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ehtibar Quliyev, Rahim Verdiyev müəyyən edilərək maddi sübutlarla birlikdə saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti