Bakı. Trend:
Qusarda evdə partlayış olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Yanğın nəticəsində evin yanar konstruskiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.